Rusiyada iki qırıcı təyyarə toqquşub

18-01-2019, 13:05           
Rusiyada iki qırıcı təyyarə toqquşub
Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub.

“Report” xəbər verir ki, məlumatı “TASS” yayıb. Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən də xəbər yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.