Bakıda film kimi olay: - maskalılar evə basqın edib 24 yaşlı qadını...

21-04-2015, 13:25           
Bakıda film kimi olay: - maskalılar evə basqın edib 24 yaşlı qadını...
Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu General Şıxlınski küçəsindəki bina evində yaşayan 1991-ci il təvəllüdlü Əliyeva Xatirə Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tək olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X.Əliyevanı tapança ilə hədələyərək tutublar və əl qolunu, eləcə də ağızını yapışqan lentlə bağlayıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürərək uzaqlaşıblar.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.