"İnter Mayami"nin futbolçusu yeni rekorda imza atıb

7-05-2024, 17:56           
"İnter Mayami"nin futbolçusu yeni rekorda imza atıb
ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Luis Suares yeni rekorda imza atıb.

Uruqvaylı futbolçu “Nyu-York Red Bulls” komandası ilə matçda (6:2) het-trik etməklə klub karyerasındakı 501-cü qolunu vurub.

37 yaşlı futbolçu bu qolları 815 oyunda rəqib qapılarından keçirib.

Qeyd edək ki, daha əvvəl L.Suaresin komanda yoldaşı Lionel Messi, həmçinin Kriştianu Ronaldu və Robert Levandovski də 500 qol həddini keçiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.