Bazarlarda pomidor və xiyar niyə bahadır?

8-05-2024, 00:11           
Bazarlarda pomidor və xiyar niyə bahadır?
"Tərəvəz mövsümü yeni başlayıb. Xiyarın yetişməsi üçün 23-24, pomidorun yetişməsi üçün isə 27-28 dərəcə istilik olmalıdır. Ancaq hələlik fermerlər bunu istixana şəraitində və süni şəkildə yaradırlar. Buna görə də hər iki məhsulun becərilməsinin maya dəyəri aşağı düşməyib".

Bunu TNS-ə iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, açıq sahələrdə də bu məhsullar əkilib: "Ancaq onların tam yetişməsi üçün müəyyən vaxt lazımdır. Açıq sahədə yetişdirilən xiyar 1-2 həftəyə, pomidor isə 1-1,5 aya bazara çıxarılacaq. Havalar isinməyə başlayan kimi istixanalara istiliyin verilməsi dayandırılacaq. Bu, həm becərilmənin maya dəyərini, həm bazar qiymətini aşağı salacaq".

Digər ekspert Xalid Kazımlı isə qiymətlərin elə də yüksək olmadığını bildirib: "Dünən axşam böyük marketlərdə pomidorun 1 kiloqramının qiyməti 1.50-1.60 manat arasında dəyişib. Qiymətlər o zaman qəpiklə ölçüləcək ki, açıq sahələrdə yetişdirilən məhsullar bir neçə həftədən sonra bazara çıxarılacaq. Ona görə ki, bu məhsulların maya dəyəri də aşağı olur. Hazırda satışda olan məhsullar istixana şəraitində yetişdirilir. Buna görə də qiymət nisbətən yüksəkdir”.

Müsahibimiz bunu iki əsas amillə əlaqələndirib: "İstixana xərclərinin çox, yetişən məhsulun az olması əsas səbəbdir. Hazırda sahibkar aşağı qiymətə sata bilmir. Həm maya dəyərini qarşılamaq, həm də qazanc əldə etmək üçün qiyməti artırmağa məcburdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.