Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək

8-05-2024, 00:10           
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
Həcc vizası olmadan ziyarətə gedənləri 10 min riyal (2675 dollar) cərimə gözləyir.

Qafqaz Müsəlmanları İdarəsindən TNS-ə verilən məlumata görə, cərimələrin tətbiqinə iyunun 2-dən etibarən başlanılacaq.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Həcc qaydalarını pozanlara qarşı cəza tədbirlərinin həyata keçirildiyini və Həcc icazəsi olmadan müqəddəs coğrafi ərazidə tutulan bütün vətəndaşların, sakinlərin və ziyarətçilərin 10 000 riyal məbləğində cərimə ediləcəyini açıqlayıb.

Nazirlik Həcc ziyarətinə icazəsi olmayan şəxsləri deportasiya edəcək.

Pozuntunun təkrarlanması halında cərimələr ikiqat olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru