Cənubi Asiya ölkəsi Taylandda istilər nəticəsində 38 nəfər ölüb.
"Cebhe.info" xəbər verir ki, bu barədə Tayland Meteorologiya Departamentinin məlumat yayıb.
Məlumata görə, paytaxtda tarixdə ən isti aprel ayı olub və hiss olunan temperaturun bəzi yerlərdə 54 dərəcəyə çatdığı qeydə alınıb.
Tayland Səhiyyə Nazirliyinin müavini Atthapol Kaevsamrit açıqlamasında fevralın 22-dən bəri ölkədə həddindən artıq istilər səbəbindən ən azı 38 nəfərin öldüyünü və hadisələrin əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğunu bildirib.
İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsir edəcəyi, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları, bol maye içmələri barədə xəbərdarlıq edib.