Qəhvənin qiyməti son 45 il ərzində maksimum həddə çatıb

7-05-2024, 17:08           
Qəhvənin qiyməti son 45 il ərzində maksimum həddə çatıb
Robusta qəhvəsinin qiyməti son 45 il ərzində ən yüksək həddə çatıb.

Bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatında deyilir.

ICO-nun əsas bazarlarda spot qiymətlərin məcmusundan hesabladığı topdansatış qiymət göstəricisi ay ərzində 16,8 faiz artıb.
Qeyd olunur ki, espressonun hazırlanması üçün istifadə edilən qəhvənin qiyməti aprel ayında 1979-cu ildən bəri ən yüksək həddə çataraq kiloqramı 4,27 dollara çatıb. Bu, ən böyük robusta istehsalçısı olan Vyetnamın əkinçilik ərazilərindəki quraqlıq və istilər səbəbindən baş verib. Hesabatda bildirilir ki, ölkə keçmiş və cari mövsümlərdə məhsul çatışmazlığından sonra çətinliklərlə üzləşməkdə davam edir.

Xammalın aparıcı ixracatçısı olan Vyetnamda istehsal həcminin azalması gözlənilməz olmayıb. Hələ ötən ilin noyabrında Milli Qəhvə Assosiasiyası quraqlıq səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı, lakin məlum olub ki, reallıqda söhbət onun həcminin 20 faiz azalmasından gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru