Yanğından xilas olmaq istəyən şəxs iyirminci mərtəbədən yıxılıb - VİDEO

7-05-2024, 18:30           
Yanğından xilas olmaq istəyən şəxs iyirminci mərtəbədən yıxılıb - VİDEO
Yekaterinburqun Soyuznaya küçəsində çoxmərtəbəli bina yanır.

KONKRET.az-ın məlumatına görə, yanğından xilas olmaq istəyən bir nəfər göydələnin iyirminci mərtəbəsindən yıxılıb.

İnsanlar boğulmamaq üçün pəncərələrdən xilas olmağa çalışırlar. Evlərdən birinin sakini eyvandan asılı vəziyyətdə qalıb. Lakin özünü saxlamağa gücü çatmayaraq aşağı uçub. Başqa bir adam isə pəncərədə oturub xilas olunmasını gözləyir. Daha bir sakin isə divara pərçimlənmiş kondisionerin borusu vasitəsilə qonşu evə pəncərənin şüşəsini sındıraraq keçib. Həyət avtomobillərlə dolu olduğundan xilasedicilərin çoxmərtəbəli binaya çatması çətinləşir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru