Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

8-05-2024, 00:13           
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi
Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Buna səbəb tiktokerin xanəndə ilə bağlı qeyri-etik ifadə səsləndirməsi olub. O, canlı yayımda mərhum sənətçini təhqir edib.

A. Bəylərin ailəsi onun rəsmi instaqram hesabında məsələyə münasibət bildirib və Daxili İşlər Nazirinə müraciət edib:

“Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Cənab Nazir Vilayət Eyvazov, xahiş edirəm, məsələ nəzarətə alınsın”.

Məlumat üçün qeyd edək ki, Ləman canlı yayımda “Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan” dedikdən sonra nalayiq ifadə səsləndirib. (Olay.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru