Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ oldu
8-05-2024, 00:15
Ermənistan-Azərbaycan sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. 2-3 bal gücündəki zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.