Nazirlik yoxlama apardı, idarə rəisi işdən çıxarıldı

19-04-2019, 17:23           
Nazirlik yoxlama apardı, idarə rəisi işdən çıxarıldı
Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa Gülüşov işdən azad olunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.

Belə ki, Maliyyə Nazirliyi tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dövlət qulluqçusu vəzifəsinə xitam verilib.

Qeyd edək ki, H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində hallanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.