Bakıda “avtoş” əməliyyatı - 6 sürücü həbs edildi

20-07-2019, 19:13           
Bakıda “avtoş” əməliyyatı - 6 sürücü həbs edildi
Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu rayonu ərazisində 6 avtoxuliqan saxlanılıb.
“Yeni Sabah” xəbər veir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub.

Digərləri Nadir Sultanov, Zaur Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub.

Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar.

Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.