Mingəçevirdə qəbir daşı ustanın üstünə aşdı

5-11-2019, 02:56           
Mingəçevirdə qəbir daşı ustanın üstünə aşdı
Mingəçevirdə daş ustası yonduğu qəbir daşının onun üzərinə aşması nəticəsində xəsarət alıb.
Teref.az xəbər verir ki, hadisə Samux küçəsində yerləşən qəbir daşları sexində baş verib.

1962-ci il təvəllüdlü Elman Osmanov material kimi daşı yonan zaman ehtiyatsızlıqdan qəbir daşı onun üzərinə aşıb. Nəticədə qol və ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. /APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.