Abutalıbova bağlı reklam bazarının gizlinləri: korrupsiyadan “MTN izi”nədək

17-05-2016, 09:32           

Prezident İljham Əliyev dəfələrlə öz çıxşlarında məmurları iş adamlarının fəaliyyətinə müdaxilə etməməyə, korrupsiyaya, rüşvətxorluqdan uzaq durmağa çağırsa da, hələ də bunu eşitməməzliyə vuranların sayı kifayət qədərdir. Prezident belələrinin Azərbaycana xəyanət etdiyini bildirsə də onlar öz əməllərindən əl çəkmirlər. Öz maraqları naminə iş adamlarının fəaliyyətinə maneçilik törətməkdə davam edirlər.
Düzdür, sahiblkarların qəniminə çevrilmiş MTN-dəki bandanın məhv edilməsi, bir sıra qurumlarda aparılan islahatlar ölkədə iş adamlarının fəaliyyətinə maneə olan bir çox amilləri aradan qaldırıb. Ancaq hələ də keçmiş MTN-dəlki şəbəkə ilə əlbir işləyən bəzi şəxslərin vəzifədə qalması və əməllərini davam etdirməsi problemin tam aradan qalxmasına imkan vermir. Şəxsi maraqları naminə sahibkarları sıxışdıran, qanunsuz yollarla onların biznesini əlindən alanlardan hələ də postunu qoruyanlar var.
Ölkədə reklam binesi ilə məşğul olmuş “Mediaqraf” MMC-nin məhv edilməsini də də məhz belə məmurların “əməyi” hesab etmək olar.
(Əvvəli burada)
Antiinhisar Komitəsi Əli Əsgərovu 150 min cərimələyir, ancaq…
6 İsmayıl Səlimov illər uzunu böyük zəhmət hesabına yaratdığı şirkətdən sakitliklə əl çəkmək istəmir. Qanunları bilməsinə və prokuror təcrübəsinə arxalanaraq mübarizəyə başlayır. İlk növbədə departamentin “Mediaqraf”a qarşı həyata keçirdiyi yolverilməz qanunsuzluqlar barədə bütün ali orqanlara, o cümlədən Prezident Administrasiyasına məktub yazır.
Cavab ancaq İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İsrehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətindən gəlir. Və onlar da Əli Əsgərovun qanunları kobud şəkildə tapdadığını açıqca bildirirlər. Xidmətin tərtib etdiyi 000196 saylı aktda bütün bu qanunsuzluqlar açıq şəkildə göstərilir.
İqtisadi İnkişaf Nazirliyindən məhkəmənin sorğusuna cavab olaraq göndərilən məktubda da bu fakt əksini tapır: “Aparılan yoxlamalar nəticəsində, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin antiinhisar normativlərini pozduğu, səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq Departament 150 min manat cərimə edilmişdir. Yoxlama aktı məktuba əlavə edilir”.
İ. Səlimovun sözlərinə görə, Əli Əsgərov yalınz 150 min cərimə ödəməklə işi bağlaya bilmir. Həmin vaxt yayılan məlumatlara görə, Antiinhisar Komitəsinin əməkdaşlarına əlavə 150 min də verir ki, inhisarçı şirkətlərin məhz HƏYAT YOLDAŞINA aid olduğunu yazmasınlar.
Aktda yazılanlar və ödənilən cərimə Əli Əsgərovun Antiinhisar Komitəsinin ona qarşı irəli sürdüyü ittihamlarla razılaşdığını göstərir. Amma bu qədər ciddi sənəddən sonra da o nə qanunsuzluqlarından, nə də “Mediaqraf”a qarşı əməllərindən əl çəkmir.
Səlimov məhkəməyə üz tutur
70İsmayıl Səlimov da departamentdən firmaya gələn, məzmun etibarı ilə ölkə qanunlarına və Antiinhisar Komitəsinin aktına zidd olan bütün sənədləri toplayaraq, bu strukturun fərdi mülkiyyəti qanunsuz ələ keçirməsi ilə bağlı, qanunsuz əməllərinin araşdırılması və cəzalandırılması xahişi ilə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edir. Məhkəmə iddianı qəbul edərək, istintaqa başlayır.
Məhkəmənin işi icraata götürməsi Ə.Əsgərovu qorxuya salır. Bütün qanunsuzluqlarını, dövlətin büdcəsini ARVADININ adına yaratdığı şirkətlə talamasının, reklam departamentinin tabeliyində olan müəssisələrdən, eləcə də paytaxtın büdcəsindən qanunsuz yollarla mənimsədiklərinin üzə çıxmasından qorxduğu üçün nəyin bahasına olursa-olsun, məhkəmənin “ağzını yummağa” çalışır.
Bu məqsədlə Ə.Əsgərov hökumətdəki dayaqlarının köməyinə əl atır. Dostlarının məsləhəti ilə “Bakı Hüquq Mərkəzi”nin direktoru, Vəkillər Birliyinin rəhbərlərindən olan Anar Bağırovun xidmətindən yararlanmağa başlayır. Bunun səbəbləri barədə növbəti yazıda.
“Bakı Hüquq Mərkəzi”nin direktoru Səlimova firmanı xoşluqla satmağı təklif edir
4ffİsmayıl Səlimovun sözlərinə görə, hörmətli dostlarının köməyi ilə Anar Bağırov məhkəmə prosesinin qeyri-müəyyən vaxta təxirə salınmasına nail olur. Ortada böyük qanunsuzluqlar olduğundan və İsmayıl Səlimov sonuna qədər getməkdə qərarlı olduğundan, onu yola gətirmək istəyirlər.
Belə ki, İsmayıl Səlimovun dediyinə görə, onu gözlənilmədən “Bakı Hüquq Mərkəzi”nin ofisinə dəvət edirlər: “Mənimlə Anar Bağırov və Mehman Sultanov söhbət etdi. Söhbətimiz həmkarın-həmkarla söhbəti sayıla bilərdi. Bağırov məni inandırmağa çalışırdı ki, mənim işim heç bir nəticə verməyəcək. Dedi ki, o, Ədliyyə Nazirliyinin tabeliyində olan hakimlərin seçilməsi üzrə Komitənin üzvüdür. Heç bir hakim onun sözünün qarşısında söz deyə bilməz. Komandasının köməyilə istənilən işi poza bilər. Bu zaman o mənə öz firmamı xoşluqla, yaxşı pul müqabilində Əli Əsgərova satmağı təklif elədi”.
Alıcı kimi isə yenə Əli Ələsgərovun yaxın dostu, “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubovun cıxış etdiyi bildirilir. Ancaq onların 350 min manat verə biləcəyi qeyd edilir. Bir tərəfdə “Bakı Hüquq Mərkəzi”, digər tərəfdə Hacıbala Abutalıbovun yaxın qohumu Əli Ələsgərov olduğundan, İ.Səlimov təklifə razılaşır: “350 min manata razılığa gəldik. Bir neçə gündən sonra, sövdələşmə zamanı Gəray Yusubovun yaxın adamı Novruz Əliyev gəldi. O, lovğalanaraq arxalarında Milli Təhlükəsizlik nazirinin yaxın adamı “Akula Akif”in dayandığını, istənilən yeri istədikləri qiymətə ala biləcəklərini bildirdi…”
İşə Eldar Mahmudovun MTN-dəki bandası da qoşulur
69Beləlilklə, işə Eldar Mahmudovun MTN-dəki bandası da qoşulur. Yada salaq ki, “Akula Akif”in birbaşa Eldar Mahmudovun tapşırığı ilə iş adamlarını tələyə salmaq,əmlakını və ya pulunu əlindən almaqla məşğul olduğu bildirilir.
Bu fakt həmdə göstərir ki, Əli Əsgərov qanunları yalnız Hacıbala Abutalıbova arxalanaraq deyil, həm də MTN-dəki məlum ”banda”ya güvənərək tapdayırmış.
Əlbəttə, Əli Əsgərovun Mahmudovun MTN-dəki bandası ilə işbirliyinə nə vaxtdan və hansı şərtlərlə başladığını söyləmək çətindir. Ola bilsin ki, MTN-dəki məlum banda Əli Əsgərovun HƏYAT YOLDAŞININ adina şirkətlər açmaqla, paytaxtın reklam bazarını ələ keçirdiyini öyrənərək, onu cinayət məsuliyyətinə cəlb etməklə şantaj edib. Əli Əsgərov da bəlli şərtlərlə onlara işləməyə razılaşıb.
Həkim-oftalmoloq necə reklamçı oldu?
nazile-rustemovaYeri gəlmişkən qeyd edək ki, Əli Əsgərovun həyar yoldaşı Rüstəmova Nazilə Məmməd qızı, tibb elmləri namizədidir. 2000-ci ildə «Müxtəlif genezli uveitlərin differensial diaqnostikası» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1994-cü ildən bu günədək akad. Z.Əliyeva adına Azərbaycan elmi-tədqiqat göz xəstəlikləri institutunun büllurun patologiyası şöbəsində həkim-oftalmoloq vəzifəsində çalışır.
15-dən çox elmi işin müəllifi olduğu bildirilən Nazilə Rüstəmova hazırda da cərrah kimi fəaliyyət göstərir, kataraktanın ekstraksiyası, süni büllurun implantasiyası, görmə üzvünün ön hissəsində bəzi cərrahi əməliyyatlar aparır.
Yəni onun reklam fəaliyyətilə heç bir bağlılığı yoxdur. Sadəcə Əli Əsgərovun onun adina şirkətlər açmaqla, treklam sahəsini inhisara alıb. Bunun nəticəsıdir ki, reklamdan əldə edilən pulların böyük hissəsi beüdcədən gizlədilir.
Reklam və İnformasiya İdarəsində büdcə vəsaitləri talanır
2015-02-07-01-04-12hacc Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin açıqlamasına görə, illik reklam büdcəsi təxminən 1.250.000 manatdır.
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyevin açıqladığı rəqəmlərdən isə belə məlum oldu ki, paytaxtda təkcə reklam şitlərinin icarəsindən əldə olunan vəsaitin büdcədən yayındırılan hissəsi minimum 15 milyon manatdan artıqdır. Sitat: “Təkcə Bakıda ölçüsündən asılı olmayaraq mövcud olan reklam lövhələrinin sayı, ilkin nəticəyə görə, 2500-dür. Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 manat arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 manat təşkil edir. 6600 manatı 2500-ə vurduqda isə 16.500.000 manat edir. Bu, təkcə reklam lövhələrinin hasabatıdır. Deməli, söhbət büdcədən yayındırılan milyonlardan gedir”.
Bura reklam lövhələrinin hazırlanmasına, quraşdırılmasına görə alınan rəsmi və qeyri-rəsmi vəsaitləri, icarə haqlarının rəsmi rəqəmlərdən xeyli baha olmasını, xüsusi lövhələr olmadan yerləşdirilən reklamlara, hətta obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü göstərən lövhələrə, qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlara və sairə görə yığılan vəsaitləri nəzərə alsaq, bu sahədən hər il 10 milyonlarla dolların şəxsi ciblərə getdiyini söyləyə bilərik.
Təsadüfi deyil ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da reklam biznesinin 89 faizinin “kölgə iqtisadiyyatı”nın payına düşdüyünü açıqlayıb.
Bu sahədə “kölgə iqtisadiyyatı”nı çiçəkləndirən və ondan bəhrələnən isə reklam bazarında monopoliya yaradan vəzifəli şəxslərdir. Bəs kimdir bu vəzifəli şəxslər və onlar hansı vasitələrlə paytaxtın reklam bazarını inhisara alaraq, hər il 10 milyonlarla dollar qanunsuz qazanc əldə edirlər?
“Akula Akif”ə zəngdən sonra Əsgərovun adamları iş adamının əmlakını dağıdır
Nə isə mətləbdən, uzaqlaşmayaq. Əli Əsgərovun “Mediaqraf” MMC-ni məhv edərək, onu Milli Təhlükəsizlik nazirinin yaxın adamlarına istədikləri qiymətə satmağa məcbur etməyə çalışması onun Mahmudovun MTN-dəki bandası ilə cox yaxın münasibətlərinin olduğunu ehtimal etməyə əsas verir. Bu ehtimalı yəqin ki, Respublika Prokurorluğundakı istintaq qrupu araşdıracaq.
1akulaBiz qayıdaq sövdələşməyə. İ.Səlimovun sözlərinə görə, səhəri gün özünü Milli Təhlükəsizlik Nazirliyindəki məlum bandanın yaxın adamı kimi tədim edən Novruz Əliyev qiyməti öldürməyə başlayır. Qiymətin baha olduğunu deyərək, yalnız 250 min manat verməyə güclərinin çatdığını bildirir. Proseslərin hansı istiqamətdə getdiyini görən İ.Səlimov buna da razılaşır: “Mənə cüzi beh verdilər və sabah notarial qaydada alqı-satqı aktı bağlayacaqlarını bildirdilər”.
Ancaq səhəri gün “ağaları” ilə məsləhətləşən Novruz Əliyev İ.Səlimova cəmi 150 min manat verəcəklərini bildirir. Və təklifin “Akula Akif”dən gəldiyini deyir.
İ.Səlimov bununla razılaşmayaraq, dostları vasitəsilə “Akula Akif”ə çıxır.
Ancaq “Akula Akif”ə zəng əks nəticə verir. Səhəri gün Novruz Əliyev zəng edərək, MTN-çi bandanın adından onu hədələyir. Nəyi var, məhv edəcəklərini deyir.
Polisə müraciətin də nəticəsi olmur: digər Mahmudov məsələni qapadıb
7sHəqiqətən də bir gün sonra Əli Əsgərovun rəhbərlik etdiyi idarənin adamları İ.Səlimova məxsus bahalı avadanlıqlarla təhciz olunmuş bütün reklam daşıyıcılarını dağıtmağa, məhv etməyə başlayır. “Qısa müddətdə hər şeyimi talan elədilər. İndi heç nəyim yoxdur”.
Bu fakt da Əli Əsgərovun MTN-çi banda ilə bağlılığını təsdiqləyir. Hər halda “Akula Akif”in adamı İ.Səlimova əmlakını dağıdacağını bildirir və bunu Əli Əsgərovun adamları edirsə, başqa ehtimal ağla gəlmir.
Polisə müraciətin də nəticəsi olmur. Bu da təsadüfi deyil. Çünki həmin vaxt Səbail rayonunun polis rəisi Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudov idi. Polisin məsələyə müdaxilə etməməsi də İ.Səlimovun əmlakını məhz MTN-çi bandanın dağıtdırdığını təsdiqləyir.
Yəni, Əli Əsgərovla birgə hərəkət edən MTN-dəki məlum banda İ.Səlimovun firmasını məhv edir.
Bağırov gün kimi aydın bir işə baxılmasını 3 il uzadır və…
Əli Əsgərovun vəkili A.Bağırov isə gün kimi aydın bir işə baxılmasını düz 3 il uzadır. Təbii ki, hər ay haqqını almaqla. İ.Səlimovun sözlərinə görə, Əli Əsgərov ondan aldığı yerlərin, oğurluq reklam qurğularının hesabına əldə etdiyi vəsaitin bir hissəsini vəkillərə xərcləməli olur. Sonda isə güclü himayədarları olan Ə.Əsgərov İ.Səlimovun əleyhinə qərar çıxartdıra bilir. Təbi ki, sonrakı inistansiyalar da bunu təsdiqləyir.
Mübarizə isə davam edir: MTN-ci banda yıxıldı, bəs əlaltıları?
5vvAncaq İ.Səlimov mübarizəni davam etdirir. Hazırda iş Avropa Məhkəməsindədir. Avropa Məhkəməsinin İ.Səlimovun lehinə qərar çıxaracağı şübhə doğurmur. Burda isə qərarlar hansısa Əli Əsgərova, MTN-ci bandaya, Anar Bağırova qarşı deyil, Azərbaycan dövlətinə qarşı çıxarılır. Yəni, dövlətdə vəzifə tutan bir şəxsin tamahı və onun himayədarlarının qanunlara hörmətsizliyi Azərbaycan dövlətinin beynəlxalq imicinə ağır zərbə vurur. Elə həm də bu səbəbdəndir ki, Prezident İlham Əliyev iş adamlarını incidən, onlara qarşı qanunsuz hərəkətlər edən şəxslərin VƏTƏNƏ XƏYANƏT etdiyini bildirir.
Bu baxımdan “Mediaqraf” firmasını sıradan çıxaran, onun kollektivini işsiz və məvacibsiz qoyanlar da vətənə xəyanət edənlər sırasındadır.
Prezidentin şəxsən tapşırığı və nəzarəti ilə bu xəyanətkar ünsürlərin cəzalandırılmasına artıq başlanılıb. Yəni, xəyanət yuvasının br tətəfi dağıdılıb. Yəqin, yaxın müddətdə digər tərəflərinə də növbə catacaq.
Hər halda proseslərin inkişafı, MTN-dəki banda ilə işbirliyinə girərək, iş adamlarına divan tutan digər dövlət orqanlarında işləyənlərin də ifşa ediləcəyini və cəzalandırılacağını gözləməyə əsas verir. İ.Səlimovun başına açılan oyunlar BŞİH Reklam və İnformasiya İdarəsinin rəhbərliyinin də bu sırada olacağını düşünməyə əsas verir. Gözləyək…
Yazıda irəli sürülən iddia və ittihamlarla bağlı BŞİH Reklam və İnformasiya İdarəsinin rəhbəri Əli Əsgərovun mövqeyini öyrənmək cəhdlərimiz nəticə vermədi. Onun və yazıda adı keçən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Zahid Səfərov, AzToday.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.