“Binada baş verən yanğının ilkin səbəbi üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır” - Baş prokuror

19-05-2015, 15:11           
“Binada baş verən yanğının ilkin səbəbi üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır” - Baş prokuror
Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

APA-nın xəbərinə görə, bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.

Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.