Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO

23-02-2019, 07:18           
Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO
Füzuli rayonundan olan məcburi köçkün Hacıyev Yasin Cahangir oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi Namiq Osmanovdan şikayətçidir. Bu barədə o Bolgexeber.com-a müraciətində bildirib.
Belə ki, Yasin Hacıyevin bildirdiyinə görə keçən ilin noyabr ayında o idarə etdiyi 50 CF 961 Ford Transit avtomobili ilə Salyan rayonu ərazisində hərəkət edərkən qəza törədib və nəticədə qarşı tərəfin Land Rover Discovery markalı 99 FF-088 nömrəli avtomobili zədələnib. Hərbi komissarın avtomobili evakuatorla Bakıdakı,ona yaxın olan avtomobil servisinə aparılıb . Namiq Osmanov avtomobilini ,sığorta təşkilatının dəymiş ziyan haqda müəyyən etdiyi məbləğ haqda qərarını gözləmədən özbaşına servisdə ustalara düzəltdirib.Yasin Hacıyevə isə bəyan edilib ki, avtomobilə 13500 manat ziyan dəyib və Yasin Hacıyev tələb olunan,çəkilən xərci ödəməllidir.

Halbuki,dəymiş ziyanı hərbi komissar Namiq Osmanov özü yox,müvafiq sığorta qurumu müəyyən etməlidir.Son nəticədə Namiq Osmanovun deyilən şişirdilmiş məbləği ödəməyə imkanı olmadığından və o bunun ədalətsiz olduğunu hesab etdiyindən iş məhkəməyə göndərilib. Yasin Hacıyevin Bolgexeber.com-a bildirdiyinə görə avtomobilə real olaraq heç 6000 manat ziyan dəyməyib.Bundan başqa Yasin Hacıyev düşünür ki,Namiq Osmanov hərbi komissar olaraq vəzifə səlahiyyətindən,tutduğu mövqedən və şəxsi əlaqələrinə arxayındır və bunlardan istifadə edərək məhkəməyə təsir etməyə çalışır.Bununla o imkansız məcburi köçkünə qarşı haqsızlıq edir ki,bu da onun tərəfindən nə mənəvi,nə də hüquqi çərçivəyə sığmayan əməldir.
“Hesab edirəm ki, hərbi komissar Namiq Osmanovun məndən tələb etdiyi məbləğ çox şişirdilib. Mənim maddi vəziyyətim son dərəcə ağırdır . Gəlib mənim yaşayışıma da baxa bilərlər.Mən 350 manat maaşa sürücü işləyirdim . Çətinliklə ailəmi dolandırıram . Mənim o qədər pulu ödəməyə imkanım qətiyyən çatmır. Gəlsinlər mənim yaşayış durumuma , evimin şəraitinə baxsınlar ,ondan sonra şişirdilmiş o qədər pulu məndən tələb etsinlər. Əgər məhkəmədə mənim bu işimə ədalətlə baxılmasa mən ailəmi,uşaqlarımı da götürüb gedəcəm bibaşa Prezident Aparatının qabağına şikayətə ki,dövlət məmurları məni qoymur yaşamağa. Mənim evim yox,işim yox,bir tərəfdən də polkovnik-leytenant Namiq Osmanov məni çox incidir,məhkəmələrdə süründürür,məndən böyük miqdarda pul tələb edir. Mən hörmətli cənab prezidentdən mənə edilən bu haqsızlığa qarşı tədbir görülməsinə göstəriş verməsini xahiş edirəm. ”,-şikayətçi bildirib.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.