Özünü “apartman kralı” hesab edən Xamis Xırdalanı zəbt edib..

3-02-2023, 12:44           
Özünü “apartman kralı” hesab edən Xamis Xırdalanı zəbt edib..
Xamisin qanunsuz binaları Xırdalanda hərəkəti iflic edib Məlumdur ki, neçə illərdi Bakı şəhərini tikinti bumu bürüyüb. Paytaxtda bir-birindən əzəmətli göydələnlər, hündürmərtəbəli yaşayış evləri, inzibati binalar inşa edilir, lakin çox vaxt tikinti normaları gözlənilmir.
Bəli, neçə illərdir ki, Bakının Baş Planı barədə söhbətlər gedir, amma hələ ortada bir sənəd yoxdur. Adama deyərlər ki, şəhərin Baş planı yoxdursa, bu binalar, göydələnlər, apartmanlar hansı plana uyğun tikilir. Ümumiyyətlə, bizim məmurlar hələ anlamır ki, şəhərsalma müasir elmdir, bu elmin öz qanunları var.
Sözün qısası, paytaxmızda baş verən tikinti bumu İradə Gülməmmədovanın dövründə Abşeron rayonunda, onun inzibati mərkəzi olan Xırdalan şəhərində lap pinti, eybəcər formada aparılıb. Məlumdur ki, uzun illər Abşeronun icra başçısı olan İradə Gülməmmədovanın vaxtında Abşeronda “tikinti bandası” var idi, kimlərdənsə küli miqdarda pul alıb qanunsuz tikintilərə icazə verirdilər. Təsəvvür edirsiniz, fərdi yaşayış evlərinin arasında hündürmərtəbəli binalar, restoran, apartman və s. Belə hallar sakinlər arasında ciddi narazılığa səbəb olurdu.
İradə Gülməmmədovanın “xeyir-duası” ilə Xırdalanda qanunsuz apartman tikənlərin biri, bəlkə də birincisi Xamis adlı şəxsdir. Bu adam özünü hər yerdə “apartmanlar kralı” adlandırır. Xamis hətta piyadaların yolunun üstündə, nə bilim məktəb yolunda, fərdi yaşayış evlərinin arasında özünə apartmanlar tikib. Və Xırdalan şəhərində dəhşətli “probka”nın yaranmasına səbəb olub. Yəni Xamisin binalarının ucbatından balaca Xırdalan şəhərində hərəkət iflic olub.
Sakinlər haqlı olaraq deyir ki, Xamis Xırdalanı zəb edib, işğal edib. Xamis isə hər yerdə deyir ki, mən vaxtında Xırdalanı İradə Gülməmmədovadan pulla almışam. Bəli, Xamisin apardığı tikintilərə görə, şəhərin yolları daralıb, insanlar küçədə sərbəst hərəkət edə bilmirlər, uşaqlar həyətlərdə oynamağa yer tapmır, sakinlər öz şəxsi avtomobillərini saxlamağa yer axtarır. Xamisin qanunsuz tiknti biznesi ətrafda antisanitariya yaradır, kanalizasiya xətləri sıradan çıxır və s.
Görəsən, bu ölkənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və digər qurumlar hara baxır..?
Axı, kağız üzərində qalan qanunvericiliyə əsasən fərdi yaşayış evlərinin yanında hündürmərtəbəli bina tikilə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikililər arasındakı məsafələrin ölçüsü müəyyən edilib.
Tikinti standartlarındakı normaya görə tikilən binalar arasındakı məsafə divarın hündürlüyünün ən azı 1/3-dən az olmamalıdır. Amma Xamisin tikdiyi binaların heç birində bu normalara riayət olunmur.
Onu da qeyd edək ki, Xamis sakinləri aldadır ki, narahat olmayın 3 mərtəbədən artıq tikməyəcəm, amma sonra məlum olur ki, 9-10 mərtəbəli apartman tikir. Sakinlər bildirir ki, onların rahatlığı pozulub, ərazidə yaşayış həm də təhlükəli olmağa başlayıb. Nəticədə narazı sakinlər dövlət rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar.
Yəqin ki, yaxın zamanda Xamisin qanunsuz əməllərinə son qoyulacaq və o həbs olunacaqdır. Gundelik Baki.com/













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.