“Azərkosmos”: "Ermənilər Azərbaycanın işğal etdikləri ərazilərini vəhşicəsinə talan edirlər"

25-02-2019, 18:17           
“Azərkosmos”: "Ermənilər Azərbaycanın işğal etdikləri ərazilərini vəhşicəsinə talan edirlər"
Son illər Azərbaycanın işğal olunmuş ərazilərində meşələrin 5 faizinə qədəri ermənilər tərəfindən qırılıb.

"Report” xəbər verir ki, bu barədə "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatında "Azərkosmos” ASC-nin sədri Rəşad İbadov bildirib.

"Peyklərimiz vasitəsilə gördüyümüz işlərə görə, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini vəhşicəsinə istismar edib dağıtdıqlarını əminliklə deyə bilərik. Yalnız son bir neçə ildə işğal olunmuş ərazilərdəki meşələrin 5 faizə qədəri məhv edilib”, - deyən "Azərkosmos” rəhbəri çəkilən şəkillərdə Laçın və bəzi başqa rayonlarda tikilən yeni qəsəbələr, bütün işğal olunan ərazi böyu dağıntı və viranələrin çox aydın göründüyünü diqqətə çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.