Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...

21-05-2019, 12:48           
Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...
"Mənim Rusiyaya geri qayıtmağımdan ən çox narahat edən, mənə qarşı baş verənləri sifariş edən italyan vətəndaşı azərbaycanlı iş adamı Frank El Kapone - Füzuli Məmmədovdur”.

Bakupost.az-ın məlumatına görə, bu sözləri Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov deyib.

O bildirib ki, F.Məmmədovla heç bir düşmənliyi yoxdur: "Mən bundan əvvəl də Füzuli bəyə müraciət etdim. Dedim, gəlin bu qarşıdurmanı dayandıraq, bir-birimizi ləkələməyək, bir-birimizə qarşı yayımlanan bu videoları dayandıraq. Yenə deyirəm, Füzuli bəy mənim düşmənim deyil, bir iş adamıdır. Və verdiyi pulun qarşılığını istəyir. Hətta bir neçə ay əvvəl bizim Misra TV-yə hədiyyə etdiyi planşeti dəfələrlə başıma vuraraq, deyib ki, mənə planşet alıb, onun qarşılığını verim”.

F.Abbasov deyib ki, Misra TV-yə bircə ədəd planşet bağışlamış olsa da, F.Məmmədov onun barəsində saxta məlumatlar yayır, onun aylıq 10 min dollarlıq maaşını, ofis xərclərini və digər texniki xərclərini özünün ödədiyini bildirir: "Mən ermənilər tərəfindən təzyiqə məruz qalanda Füzuli Məmmədov mənə zirehli maşın və cangüdən təklif etmişdi, lakin istəməmişdim, ancaq indi hər yerdə məni zirehli maşın və cangüdənlə təmin etdiyini iddia edir. Bu yalanlar nə üçündür, Füzuli bəy? Mən başa düşürəm ki, siz verdiyiniz pulun qarşılığında diaspor rəhbəri seçilmək istəyirsiniz. Baxmayaraq ki, sizin təşkilatınızın heç bir hüquqi statusu yoxdur, özünüzü Rusiyadakı azərbaycanlıların prezidenti kimi tanıdırsınız. 50-55 nəfəri Rusiyaya gətirib yedirib-içirib, özünüzü azərbaycanlıların lideri kimi aparırsınız”.

Jurnalistin sözlərinə görə, "Azərros” rəhbəri Mehriban Sadıqovaya qarşı çıxmaq barədə tələbini yerinə yetirmədiyi üçün F.Məmmədov onun barəsində kampaniya başladıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.