Ermənistan pilotları ən yeni Rusiya qırıcılarında təlim keçir

21-09-2019, 00:35           
Ermənistan pilotları ən yeni Rusiya qırıcılarında təlim keçir
Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır
Erməni pilotlar təlimlər keçirlər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan Rusiyadan "Su-30 SM" qırıcılarının tədarükünə dair məsələni şərh edərkən bildirib.

"Mən bununla bağlı bir neçə dəfə danışmışam. Gəlin ilin sonuna, 2020-ci ilin əvvəlinə kimi gözləyək. Hazırda bizim ekspertlər, pilotlar təlimlər keçirlər", - deyə Tonoyan qeyd edib.

Onun sözlərinə görə, hər şey müqavilə öhdəlikləri çərçivəsində gedir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan Sputnik Ermənistan-a bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.