"Putin indi Rusiyanı qorumur, özünü Rusiyadan qoruyur"

11-12-2019, 10:58           
"Putin indi Rusiyanı qorumur, özünü Rusiyadan qoruyur"
Almaniyanın populyar “Bild” qəzetində Rusiyadan mühacirət etmiş yazıçı Vladimir Kraminerin Vladimir Putin haqqında məqaləsini Moderator.az oxucuların diqqətinə çatdırır.

Diktatorların heç vaxt xarici qüvvələrdən deyil, öz xalqlarından qorxduğunu bir daha vurğulayan müəllif Putini və onun simasında Rusiyanı gözləyən çətin gələcək haqqında mövqeyini qələmə alıb.

“Düz 20 il əvvəl Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin Vladimir Putini ölkəsinə varisi kimi tanıtdırdı və onu baş nazir təyin etdi.
O zaman Yeltsin Putinə dedi: "Rusiyanı qoruyun!"

O vaxtdan bəri Putin Rusiyanı bir xəzinə kimi saxlayır, neft və qaz ehtiyatlarını dünyadan qorumağa çalışır. Amma, o anlamır ki, istənilən ölkənin xəzinəsi ilk növbədə adamlardır. İndi etiraz üçün küçələrə çıxan və Putinin Milli Qvardiyası tərəfindən döyülən adamlar. Polis məmurlarının təqaüdçüləri, tələbələri və gənc qadınları necə tutduqlarını əks etdirən foto və videolar Sibir dərinliyindəki kəndlərə belə çatır.

Elə alındı ki, adətən həyatda olduqca tez-tez məhz belə olur: insan bir şeydən çox qorxursa, bu, gec-tez onun başına gəlir. Putin rejimi uzun illərdir ki, "pis Qərb" adı altında gəncləri hipnoz edir. İndi də, sabah da gənclik küçələrə çıxacaq, sadəcə azad seçkilər istədikləri üçün.
20 il əvvəl Putinin böyük bir islahatçı kimi görünürdü. Ancaq əslində, onu ilk növbədə beynəlxalq siyasətin böyük intriqaları maraqlandırırdı. Öz xalqını, öz fotoları ilə əyləndirdi: Putin pələnglərlə, bax, Putin at belində çapır, bax, Putin göydə durnalarla uçur. 2014-cü ildə tamamilə qeyri- adi bir şey baş verdi: o, Krımı ilhaq etdi, Ukraynada müharibəyə başladı və Suriyadakı vəziyyətə qarışdı. Putin tamamilə "yolunu azdı" və sanki meşədə yolunu azmış biri oldu. Və bu "meşədən" çıxış yolu tapmaq əvəzinə, meşədə azmağı - ən düzgün variant kimi bilir.
Təsadüfi deyil ki, Putinin dövründə eyni vaxtda iki şey artdı: populyarlığı və güc strukturların hakimiyyəti. Kreml öz xalqına güvənmir, çünki xalq onunla razılaşmağa məcbur edilib. Putin xalqını qorumaq əvəzinə özünü xalqdan qoruyur. İndi Rusiyanı müdafiə etmək əvəzinə, Putin özünü Rusiyadan qorumağa məcburdur.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.