Netanyahu İspaniyada məhkəməyə verildi

9-07-2025, 12:14           
Netanyahu İspaniyada məhkəməyə verildi
İspan fəal Serxio Toribio, İsrailin baş naziri Binyamin Netanyahuya qarşı şikayət verib. Şikayət, İsrailin Qəzza sahillərinə yönələn “Madeline” adlı gəmiyə müdaxilə etməsi ilə bağlıdır. Fəal, bu məsələyə görə İsrailin baş naziri ilə yanaşı, müdafiə naziri İsrael Katz və digər İsrail nümayəndələrini “insanlığa qarşı cinayət və müharibə cinayətləri” ilə ittiham edir.

Teleqraf xəbər verir ki, şikayət, Krallığın Milli Məhkəmə Kollegiyasına təqdim edilib. TASS-a məlumat verən mənbəyə görə, hakim, bu məsələnin araşdırılmasına dair qərar vermək üçün prokurorluqdan müvafiq yoxlama aparmağı tələb edib.

İddia, iyunun 9-na keçən gecə İsrail dəniz qüvvələrinin Shaetet 13 komandolarının “Madeline” gəmisinə nəzarəti ələ keçirməsindən sonra irəli sürülüb. Gəminin göyərtəsində Fələstin tərəfdarı olan 12 fəal olub və gəmi, İsrail sahillərinə doğru yönəldilib. Sərnişinlər isə saxlanılıb və deportasiya olunmaq üçün götürülüb.

Qəzzalı əhali üçün humanitar yardım daşıyan “Freedom Flotilla” gəmisinin “Madeline” adlı bu gəmi, iyunun 1-də Siciliyadan yola çıxıb. Gəmi, uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena məhsulları və tibbi avadanlıqlar daşıyırdı. Lakin iyunun 8-də İsrail müdafiə naziri Katz, gəminin Qəzza sahillərinə çatmasının qarşısını almaq üçün hərbçilərə əmrlər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru