Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

18-01-2020, 11:14           
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.
“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, - deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.