“Mir Şahin artıq jurnalist deyil…” – Turan İbrahimov

27-09-2020, 10:06           
“Mir Şahin artıq jurnalist deyil…” – Turan İbrahimov
"Demədi Demə" internet kanalında yayımlanan "7 Qırmızı" layihəsinin növbəti qonağı tanınmış teleaparıcı Turan İbrahimov olub.
Aktual sualları cavablandıran Turan İbrahim ATV rəhbərliyini tənqid edib.

Turan İbrahim jurnalistlər üçün inşa edilmiş binadan evi ola-ola mənzil alan şəxsləri də tənqid edərək bildirib ki, jurnalistlərə verilən 2 binadan evlərin paylanılması prosesi ədalətsiz həyata keçirilib:

"Əgər istəsəydim mən də o binadan ev ala bilərdim. Amma bunu istəmədim. Axı evim ola-ola niyə başqalarının haqqına girməliyəm? İndi də hesab edirəm ki, evi ola-ola mənzil alanların hərəkəti kişiliyə yaraşmır".

Turan İbrahim tanınmış telejurnalist Mirşahin Ağayevlə münasibətlərinə də toxunub: "Mir Şahin mənim dostumdur. Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir. Mir Şahin artıq jurnalist deyil, o, təbliğatçıdır".

Turan İbrahim ANS TV-nin də tezliklə açılmasına tərəfdar olduğunu söyləyib:

"ANS TV mütləq açılmalıdır. O vaxtı ANS TV-ni FETÖ ilə əlaqlərinə görə bağladılar. Ümumiyyətlə, FETÖ xərçəng xəstəliyi kimi bir şeydir. Bu xəstəliklə əlaqəsi olan hər kəs ifşa olunub cəzalandırılmalıdır. O cümlədən ANS TV ilə bağlı qərara da yenidən baxılmalıdır. Düşünürəm ki, ANS gec-tez açılacaq. İnşallah ANS açılandan sonra da Azərbaycanın müstəqillik tarixi ilə bərabər yaşda olan bir qurum kimi yoluna davam edər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.