ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir

13-04-2015, 22:40           
ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir
Birləşmiş Ştatlar rəhbərliyi Rusiyadan İrana S-300 zenit-raket kompleksi tədarükünün bərpa olunmasına qarşı çıxış edir.
"Report" TASS-a istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Coşua Ernestin bildirdiyinə görə, Dövlət katibi Con Kerri ölkəsinin bu mövqeyini Rusiyanın xarici işlər naziri Sergey Lavrova çatdırıb.
Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin raket komplekslərinin İrana tədarükünə qoyulan qadağanın aradan qaldırılmasına icazə verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.