Azərbaycanda daha bir məktəbdə xoşagəlməz hadisə: şagirdlər müəllimi... -VİDEO

12-05-2019, 15:11           
Azərbaycanda daha bir məktəbdə xoşagəlməz hadisə: şagirdlər müəllimi... -VİDEO
Azərbaycanda məktəbdə çəkilən daha bir xoşagəlməz görüntülər yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, görüntülər dərs vaxtı qeydə alınıb. İki şagird müəllimin qabağında rəqs edir. Digər şagird isə müəllimə qarşı xoş olmayan hadisəni çəkir.

Rəqs edən şagirdlər müəllimə əl qaldırmaqdan belə çəkinmirlər.

Bakı Şəhər Təhsil İdarəsi iki şagirdin müəllimin qarşısında rəqs etməsi, müəllimə əl qaldırması ilə bağlı yayılan videoya münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Unikal.org-a bildirib ki, videogörüntü 2017-2018-ci dərs ilinin arpel ayında çəkilib.

"Video 314 nömrəli məktəbin 6-cı sinfində, rus dili müəllimi Qurbanov Pərviz Frik oğlunun dərsində çəkilib. Həmin vaxt müəllim ayağı sındığı üçün ayağa qalxa bilmirdi. Təbiətən çox mülayim adam olan Pərviz müəllim baş verən hadisəyə görə öz ərizəsi əsasında işdən getmişdi. Videogörüntü isə həmin vaxt müəllim işdən azad ediləndən bir neçə gün sonra yayımlanmışdı".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.