“Sağ əlimin heykəlini qoyun” - Çingiz Abdullayevdən sərt sözlər

17-09-2019, 10:38           
“Sağ əlimin heykəlini qoyun” - Çingiz Abdullayevdən sərt sözlər
Xalq yazıçısı Çingiz Abdullayev əsər qəhrəmanı Dronqoya heykəl qoyulması ilə bağlı fikirlərini inkar edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış yazıcının özü açıqlama verib.

O bildirib ki, ötən gün oxucuları ilə görüşdə Dronqoya heykəl qoyulmasını, özü yox, oxucuları təklif edib:

“Bu qədər primitiv varlıq ola bilməz!

“Stansiyada çıxış etdim. Azərbaycan Dəmir Yolları rəhbərliyi dəvət etmişdi. Hər kəs iştirak edə bilərdi. Hamı eşitdi və gördü. Bəziləri soruşdu ki, niyə Beyker-stritdəki kimi, Bakıda da Dronqo adına bina yoxdur. Bəziləri isə ona heykəl qoyulmasını təklif etdi. Amma mən elə bir şey demədim. Nəyə görə yenidən yalan danışmalısan? Anlamıram. Bu nə cür fantaziyadır? Daha bir zarafat rəsmi açıqlama kimi qəbul edildi. Yumor hiss olmayan insanlardan kənar durmaq lazımdır. Bu halda sağ əlimin heykəlini qoyun. Görəsən, bu fikrin hansı jurnalist ilk olaraq qəbul etdi”.

Xatırladaq ki, "Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun. Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub", - deyə Ç. Abdullayevin mətbuatda gedən açıqlamasında qeyd olunmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.