“Akkord”dan borc iddialarına CAVAB: - “Toplantı keçiririk”

20-08-2015, 16:20           
“Akkord”dan borc iddialarına CAVAB: - “Toplantı keçiririk”
Azərbaycanda məşhur tikinti şirkəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Beynəlxalq Banka ən çox borcu olan şirkət kimi adı qeyd olunub. Məlumata görə, “Akkord” Tikinti Şirkətinin Banka 1,3 milyard dollar borcu var.

Modern.az məsələ ilə bağlı “Akkord” şirkəti ilə əlaqə saxlayıb. Afaq Quliyeva Akkord Şirkətlər Qrupunun Mətbuat şöbəsinin rəhbəri vəzifəsindən azad edildiyini və burada bir vaxtlar köməkçisi olmuş Bəhruz Əliyevin işlədiyini bildirib. Bəhruz Əliyev isə məzuniyyətdə olduğunu və bu suala İşlər İdarəsinin direktoru Eyyub Məmmədovun cavab verə biləcəyini qeyd edib. Amma şirkətlə əlaqə saxlamağa çalışsaqda işçilərin yerində olmadığını və rəhbərliyin toplantı keçirdiyi qeyd edilib.
Qeyd edək ki, Beynəlxalq Bankdakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir. Sayt bildirir ki, məsələ ilə bağlı hal-hazırda jurnalist təhqiqatı aparır. Oxuculara bu problemin təfərrüatları haqda yaxın zamanlarda müfəssəl məlumat veriləcək.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamını saxlamışdı. Bütün biznesmenlər Beynəlxalq Bankdan kredit kimi götürülən pulları israf etməkdə günahlandırılırdı.

Tikinti nəhəngi olan “Akkord” uzun illərdir Azərbaycanda iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Korporasiya hətta xaricdə də bir neçə tenderi udmağa nail olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.