XALƏDDİN İSGƏNDƏROVUN ADAMLARI: “ƏCƏB EDİRİK, BURALAR BİZİMDİR“

16-04-2015, 16:34           
XALƏDDİN İSGƏNDƏROVUN ADAMLARI: “ƏCƏB EDİRİK, BURALAR BİZİMDİR“
Bu gün facebook sosial şəbəkəsinin Sancaq səhifəsində Binəqədi rayonunda baş verən özbaşınalıqlardan bəhs edilən statusa rast gəldim.Bir sözlə məmurların vətəndaşları aldadaraq ağacları necə kəsməsindən, icra başçısının adamlarının sakinlərə qarşı kobudluğundan bəhs edən yazıya biganə qala bilmədim. Həmin statusu oxuculara olduğu kimi təqdim edirik:

Bu harınlanmış məmurlar kim necə, harda istəyir onu da eləyirlər. Əvvəl büdcədən pulları götürüb yeni parklar saldırırlar. İllər keçir bu parkda olan ağacların yarısını kəsib doğrayır yerində isə özlərinə ev, bina tikdirirlər. Bu da həmin ərazilərdən biridir. Binəqədidə 6-cı mkr-da vətəndaşlar üçün nəzərdə tutulan parkdır. İlk oncә vәtәndaşlara yalan deyiblәr, ağacları kəsib doğruyanda deyiblәr ki, burada guya fontan tikәcәklәr, ağacları kәsib doğradılar parkın yarısını zəbt edib ev tikdirirlər. Vətəndaşlar gəlib soruşanda kim sizə icazə verib burda nəsə eləməyə, durub cavab qaytarırlar ki, "əcəb edirik, buralar bizimdir nə istəyirik onu da edirik. İcra hakimiyyәti bizlikdir". Torpağların yarısını ermənilər zəbt edib, indidə qalan torpaqları isə bu icra başçıları, məmurlar zəbt edir! /pia/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.