Fransa olaylarının pərdəarxası: Türk yazar Bi Smitdən sensasion iddialar - "4 milyon qaçqını qəbul etməkdənsə, 200 nəfəri öldürüb..."

15-11-2015, 01:31           
Fransa olaylarının pərdəarxası: Türk yazar Bi Smitdən sensasion iddialar - "4 milyon qaçqını qəbul etməkdənsə, 200 nəfəri öldürüb..."
Türkiyənin "Haberseyret.com" saytının məşhur yazarı Bi Smit Fransada baş verən qanlı olayların pərdəarxasından yazıb.

Avropa.info xəbər verir ki, Bi Smit yazısında sensasion iddialarla çıxış edib. Həmin yazını təqdim edirik:

"Avropaya 4 milyon qaçqını qəbul etməkdənsə 200 nəfəri öldürüb "ərəblər və müsəlmanlar budur" mesajı verərək "buna görə suriyalıları almaqdan imtina etdik" demək onların şərəf və namusuna görə problemli məsələ deyil. Olayın Avropanın qaçqın yükünü çəkən Almaniya və Fransanın matç keçirdiyi gündə baş verməsi də adi deyil.

Türkiyədə partlayış olduğu zaman "Qatil Dövlət" şüarı atanlar, eyni partlayış nədənsə Fransada olanda bu dəfə də "Qatil Müsəlmanlar" şüarı qışqırırlar. "Qatil Ərdoğan" deyə qışqıranlar "Qatil Olland"deyə bağırmırlar. "Qatil AKP deyənlər, "Qatil Fransa Sosialist Partiyası" deyə bilmirlər.

Türkiyədə bir hücum olduğu zaman Milli İstiqbarat Təşkilatını günahlandıraraq "necə xəbərləri olmaya bilər" reaksiyası verənlər Fransada eyni anda 6 hücum baş verəndə "Fransız İstiqbaratı bunun birini belə bilmirdi" deyə soruşmurlar.

BBC və CNN Türkiyədəki partlayışlar zamanı Türkiyənin İŞİD-lə "müttəfiq" olduğunu deyirdisə, Fransa olaylarında Fransanın qarşısında olan bir İŞİD-dən bəhs edir.

Və ən əhəmiyyətlisi Paris olayları ilə G 20 sammitində Qərb dövlətlərinə meydan oxuyacaq Ərdoğana mane olundu. Türkiyə bəlkə də G20 zirvəsinə 20 il sonra ev sahibliyi etməyəcək. Türkiyə dünyaya tələblərini irəli sürmək üçün gözəl bir fürsət əldə etmişdi. Hazırkı ev sahibliyində isə ancaq Fransadan danışılacaq. Mənasız sülh çağırışları olacaq və İŞİD vasitəsiylə dolayısı ilə "İslam terroru" müzakirə olunacaq.

Qərb yenə bütün günahları ilə su üstünə çıxarkən bütün yükün altında qalan müsəlmanlar yenidən suyun dibinə batırılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.