Azərbaycanlı biznesmenlə işbirliyində olan türk azadlıqda

19-07-2019, 10:57           
Azərbaycanlı biznesmenlə işbirliyində olan türk azadlıqda
Nyu-York Federal Məhkəməsində Rza Zərrab işində adı hallanan və 32 ay azadlıqdan məhrum edilmiş türk iş adamı, “Xalq Bank” sədrinin köməkçisi Mehmet Hakan Atilla bu gün Ankaraya təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, Pensilvaniya həbsxanasında cəza müddətini başa vuran Hakan Atilla haqda deportasiya qərarı verilib.

ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilən Hakan Atilla 2018-ci il mayın 16-da 32 ay azadlıqdan məhrum edilmişdi.

Məhkəmə iş adamının həbsxanada qaldığı 14 aylıq müddətin verilən cəzadan çıxılmasına və 500 dollar cərimə edilməsinə qərar vermişdi.

Atillanın bundan əvvəl adının hansısa cinayətdə hallanmaması səbəbindən erkən azadlığa buraxıldığı bildirilib.

Onun adı İrana tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunmuş Azərbaycan əsilli iş adamı Rza Zərrabla işbirliyində olduğu iddia edilirdi.

Türkiyə hökuməti uzun müddətdir Hakan Atillanın Ankaraya təhvil verilməsini tələb edirdi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.