Yardımlıda beş min illik kurqanlar tapılıb - FOTO\VİDEO

3-09-2019, 17:43           
Yardımlıda beş min illik kurqanlar tapılıb - FOTOVİDEO
Yardımlıda arxeoloji qazıntılar zamanı beş min illik tarixi olan kurqanlar tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Komanı yaylağında Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır.

Kür-Araz mədəniyyətinə aid beş min illik tarixi olan kurqanın dərinliyi iki metrə yaxındır. Eyni arealda yerləşən fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Bu kurqanda isə insan yarımbükülü vəziyyətdə dəfn edilib.

Onun ətrafından heyvan cəmdəyi və sümükdən hazırlanan iy (toxuculuq aləti) başlığı tapılıb. Bu da bölgədə maldar tayfaların geniş şəkildə yayılmasını sübut edir.

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsindəki abidələrin də tədqiqinə başlanılacaq.

Qeyd edək ki, son illərdə Yardımlı rayonu ərazisində beşdən artıq kurqan tədqiq olunub.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.