Türkiyəyə qarşı “Təcrid” planı - Təfərrüat

9-12-2019, 11:44           
Türkiyəyə qarşı “Təcrid” planı - Təfərrüat
Yunanıstan Türkiyə ilə Liviya milli barış hökuməti arasında Şərqi Aralıq dənizinə dair imzalanan razılaşmadan sonra diplomatik və hərbi addımlar atmağa hazırlanır.

Teleqraf.com xəbər verir ki, yunan hökuməti bir tərəfdən Aralıq və Mərmərə dənizi ilə bağlı Türkiyə ilə razılaşmasını beynəlxalq dəniz məhkəməsində qaldırmaq, digər tərəfdən Şimali Kipr müzakirələrinin yenidən başlamaq, eyni zamanda Liviya-Türkiyə anlaşmasından sonra Krit adasına hərbçi göndərmək planlarını araşdırır.

Yunan mediasının iddialarına görə, hökumət bir tərəfdən Liviyaya basqılar həyata keçirir, digər tərəfdən isə Türkiyəni beynəlxalq səviyyədə təkləmək məqsədilə “Təcrid” kod adlı plan çərçivəsində müəyyən addımlar atmağa hazırlaşır.

Qeyri-rəsmi məlumatlara görə, yunan hökuməti “Təcrid” planı çərçivəsində bu addımları atacaq:

- Liviya Milli Barış Hökumətinin başçısı Fayez əl-Sarracın rəqibi, Liviya milli ordusunun marşalı Xəlifə Haftarla yaxınlığı ilə seçilən parlament sədri Akilə Salihi Afinaya rəsmi dəvət edəcək.

- Yunanıstan Baş naziri Miçotakis dekabrın 12-13-də keçiriləcək Avropa Birliyinin zirvə görüşündə Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmanın qınanılmasını tələb edəcək.

- BMT-yə məktub göndərərək Türkiyə-Liviya razılaşmasını tanımadığı xəbərdarlığını edəcək.

Yunanıstan hərbi donanmasının komandanı, admiral Nikos Tsunis Türkiyə ilə Liviya arasında əldə olunan anlaşmadan sonra bəyan edib ki, onun ölkəsi cənuba və çənub-şərqə yönəlməlidir: “Ən yaxşısı donanmanın yarısını Krit adasında yerləşdirmək lazımdır. Amma nəzərə alınmalıdır ki, bunun maddi yükü böyük olacaq”.

Yunanıstanın sabiq müdafiə naziri Apostolakis də donanmanın Kritdə yerləşdirilməsinin yaxşı addım olacağı qənaətini bölüşüb.

Yunan mediasım isə iddia edir ki, rəsmi Afina Krit adasında “müdafiə qalası” qurmağa hazırlaşır. Medianın əldə etdiyi xəbərə görə, Kritə piyada tabor və ABŞ ostehsalı olan Chinook tipli helikopterlər göndəriləcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.