“Anadolu”nun Misirdə saxlanılan 4 əməkdaşından biri azad edildi –Baş direktor açıqlama yaydı

17-01-2020, 08:01           
“Anadolu”nun Misirdə saxlanılan 4 əməkdaşından biri azad edildi –Baş direktor açıqlama yaydı
Yanvarın 14-də Misir polisinin həbs etdiyi “Anadolu” agentliyinin (AA) 4 əməkdaşından biri sərbəst buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə AA-nın Baş direktoru Şenol Qazançı açıqlama yayıb.

O bildirib ki, başda BMT olmaqla, dünyanın bəzi ölkələrinin, o cümlədən beynəlxlaq media qurumlarının ard-arda etirazlarından sonra saxlanılan əməkdaşlarından biri az əvvəl buraxılıb: “Misirdə saxlanılan 4 əməkdaşımızdan biri – Hilmi Balçı az əvvəl azad edilib. Digər 3 əməkdaşımızın da buraxılmasını gözləyirik”.

Xatırladaq ki, yanvarın 14-də saat 18 radələrində Misir polisi qəfildən agentliyin Qahirədəki ofisinə daxil olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdə müşahidə kameralarının fəaliyyətini dayandırıb, internet şəbəkəsini kəsib. Ofisdə axtarışlar yanvarın 15-i səhərə qədər davam edib. Agentliyin əməkdaşlarının şəxsiyyət vəsiqələri, mobil telefonları və kompüterləri götürülüb, agentliyin mərkəzi ofisi və əməkdaşların ailə üzvləri ilə əlaqə saxlamaq cəhdlərinin qarşısı alınıb.

Polis agentliyin Qahirə ofisinin vəkilinə hər hansı informasiya verməkdən imtina edib. Vəkil ofisdən çıxarılıb, axtarış davam etdirilib. Hadisəyə BMT tərəfindən də etiraz bildirilib və saxlanılanların dərhal azad edilməsi tələb olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.