Rus təyyarələri Türkiyənin İŞİD-dən azad etdiyi Əl Babı bombaladı - Yerli əhalidən ölən və yaralılar var

16-07-2020, 08:33           
Rus təyyarələri Türkiyənin İŞİD-dən azad etdiyi Əl Babı bombaladı - Yerli əhalidən ölən və yaralılar var
Suriyada Əsəd rejiminə dəstək verən Rusiya hərbi təyyarələri Türkiyənin nəzarət etdiyi Əl Bab rayonunun mərkəzini bombalayıb.
Avropa.info xəbər verir ki, Rusiya hərbi təyyarələri Suriyanın şimalında yerləşən Əl Baba iki hava hücumu həyata keçirib.

Mülki əhalinin yaşadığı yerlərin hədəf alındığı bombardımanlarda ilkin məlumatlara görə, 1 mülki vətəndaş ölüb, 11 nəfər yaralanıb. İçlərində uşaqların da olduğu yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ildə Əl Babı terror təşkilatı İŞİD-dən azad edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.