Tehran küçələrində ərəbcə danışan təhlükəsizlik qüvvələri peyda olub – VİDEO

27-09-2022, 08:58           
Tehran küçələrində ərəbcə danışan təhlükəsizlik qüvvələri peyda olub – VİDEO
Tehranda bəzi vətəndaşlar İranın bir sıra hökumət qüvvələrinin ərəbcə danışdığını bildiriblər.

Məlumata görə, paytaxt küçələrində hərəkət edən əli silahlılar ərəbcə danışır və xalqa atəş açmağa hazırlaşırlar.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, İran hökuməti xalqı sıxışdırmaq üçün ölkəyə xarici qüvvələr gətirib. Xüsusilə qeyd olunub ki, Livanın “Hizbullah” qruplaşması təcili olaraq İrana 4 min xüsusi təyinatlı döyüşçü göndərib.

Mənbə: Azad İran












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru