Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını icra edən Federal Ehtiyat Sistemi (Fed) sentyabrın 16-17-də keçirilən iki günlük iclasın ardından əsas uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25 % aralığına endirib.
Maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) bəyanatında bu qərarın iqtisadi şərait nəzərə alınaraq verildiyi vurğulanıb.
Federal Ehtiyat Sistemi inflyasiyanı 2%-ə endirmək və maksimum məşğulluğu qorumaq hədəfinə sadiq olduğunu bir daha açıqlayıb. Bildirilib ki, növbəti addımlar atılarkən daxil olan iqtisadi göstəricilər əsas götürüləcək.