UEFA Çempionlar Liqası: "Bavariya" evdə, "İnter" isə səfərdə qələbə qazandı VİDEO

Bu gün, 07:47           
UEFA Çempionlar Liqası: "Bavariya" evdə, "İnter" isə səfərdə qələbə qazandı  VİDEO
UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "Ayaks" - "İnter", "Bavariya" - "Çelsi" qarşılaşmaları baş tutub.

Turun maraqla gözlənilən oyunlarından biri Münhendə keçirilib. Yerli "Bavariya" komandası evdə "Çelsi" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşün qəhrəmanı həmyerlilərini iki dəfə (biri penaltidən olmaqla) cəzalandıran ingiltərəli futbolçu Harri Keyn olub. "Bavariya"nın inamlı qələbə qazandığı matçda Treva Çaloba avtoqolla yadda qalıb. "Çelsi"nin təsəlli qoluna Koul Palmer imza atıb.
Digər görüşdə "İnter" "Ayaks" səfərindən üç xalla qayıdır. Bu matçda isə dubl edən Markus Türam Milan təmsilçisinin 0:2 hesablı qələbəsini təmin edib. Hakan Çalhanoğlu hər iki qolun məhsuldar ötürməsini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru