"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumu yeniləyib.
Bunu ticarət platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 22:09-a olan məlumata görə, qiymətli metalın dəyəri bir trua unsiyası üçün 3 744 dollar (+ 0,69% ) təşkil edərək tarixi maksimumu yeniləyib.