Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi Karl Marks (1818-1883) bütün həyat işi hesab etdiyi "Kapital" (1867) əsərində kapitalizmin əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşflər etmişdir. "Kapital" Marksın siyasi iqtisad üzrə baş əsəridir. "Kapital" - iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. "Kapital"ın qızıl xətti ondan ibarətdir ki, tarix insan əməyi nəticəsində yaranıb. "Kapital"ın 1-ci cildinin dərc olunmasından düz 158 il keçir. K. Marks bu əsəri 10 il ərzində kapitalizmin dünyada ən çox inkişaf etdiyi ölkədə - İngiltərədə (London) yaşayarkən yazıb. KARL MARKS "tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər" siyahısında birinci yeri tutur. Rasim Məmmədov TEREF