SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Bu gün, 00:03

SEPAH-a bağlı teleqram kanallarında yayılan paylaşımlarda İranın yüksək dəqiqlikli raketlərinin Türkiyə ərazisindəki ABŞ hərbi bazalarını hədəfə ala biləcəyi iddia olunub. Bu bəyanatlar guya Türkiyənin xarici işlər nazirinin xəbərdarlığına cavab olaraq səsləndirilib.
Musavat.com xəbər verir ki, paylaşımda İran rəsmisi Abbas Arakçının adından belə bir açıqlama verildiyi iddia olunur: “İran raketləri yüksək dəqiqliklədir və hədəfi tam dəqiqliklə vurur.”
Bunun ardınca isə daha qalmaqallı fikir Tehran meri Əlirza Zəkaninin adı ilə tirajlanıb. Sitat: "Türkiyənin xarici işlər naziri xəbərdarlıq edib ki, ABŞ-dan intiqam alan İran Türkiyədəki onların bazalarını hədəf almasın. Buna cavab olaraq cənab Arakçi bildirib ki, İran raketləri yüksək dəqiqliklədir və hədəfi tam dəqiqliklə vurur"...
Musavat.com -a görə, bu cür bəyanatlar İranın real siyasi mövqeyi deyil, daxili ictimaiyyətə hesablanan təbliğatdır. Çünki SEPAH son aylarda İsrailin zərbələri nəticəsində ağır itkilər verib, onlarla general və yüksək rütbəli zabit məhv edilib, hava hücumundan müdafiə sistemi isə faktiki olaraq iflic olub.
Bu səbəbdən Tehran yalnız ritorika ilə “güc nümayiş etdirməyə” çalışır. Hədəf kimi Türkiyənin seçilməsi isə absurddur – çünki Ankara uzun illərdir həm NATO çərçivəsində, həm də regional siyasətdə İranı dəfələrlə balanslaşdıran əsas oyunçudur.
Rəsmi Ankara bu kimi hədələri şərh etmir. Analitiklərin fikrincə, Türkiyə belə ritorikanı ciddi qəbul etmir, çünki İranın bu addımı atması mümkün deyil və bu, ilk növbədə Tehranın özünə ağır nəticələr gətirər.
Musavat.com-un təhlilinə görə, SEPAH-ın Türkiyəni hədəf alan bu paylaşımları və Tehran meri Zəkaninin adı ilə tirajlanan sitatlar yalnız “fantaziya bəyanatları”dır. İran regionda reallıqda güc nümayiş etdirmək iqtidarında deyil, sadəcə daxili auditoriyanı sakitləşdirmək üçün təhdid ritorikasına müraciət edir.