Latviya Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanını bağlayıb

Bu gün, 10:08           
Latviya Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanını bağlayıb
Sentyabrın 18-dən oktyabrın 8-dək Latviyanın Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanı gecə saatlarında – yerli vaxtla axşam saat 20:00-dan səhər saat 07:00-dək bağlanacaq.

"Report" xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan qeyd edilib ki, məhdudiyyətlər Milli Silahlı Qüvvələrə qapalı zonaya tam nəzarət etməyə, akustik müşahidə sistemlərini sınaqdan keçirməyə, pilotsuz uçuş aparatları və əks-dron simulyasiyalarını həyata keçirməyə, mobil döyüş hissələrini yerləşdirməyə və onlara təlimlər keçməyə imkan verir.

Milli Silahlı Qüvvələr Latviya üçün dərhal hərbi təhlükə olmadığını qiymətləndirir, lakin qoşunlar "Namejs 2025" hərtərəfli müdafiə təliminin bir hissəsi olaraq yüksək döyüş hazırlığı vəziyyətindədirlər. Hava hücumundan müdafiə bölmələri şərq sərhəd bölgələrində növbətçilik edir, lazım gələrsə, xarici pilotsuz uçuş aparatlarını vurmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru