"Green Card" müraciəti pullu oldu

Bu gün, 00:10           
"Green Card" müraciəti pullu oldu
16 sentyabr 2025-ci il tarixindən etibarən "Green Card" Lotereyasının bütün iştirakçılarından 1 ABŞ dolları məbləğində ərizə haqqı ödəmələri tələb olunur.

"32gun.az" xəbər verir ki, bu dəyişiklik əlavə elektron ərizə rüsumudur və ərizənin təqdim edilməsi zamanı tutulur.

Əvvəllər iştirak pulsuz idi və yeganə rüsum 330 dollar idi ki, onu da yalnız viza üçün müraciət edən və qazananlar ödəyirdi.

Yeni rüsum lotereya xərclərini bir neçə şəxs deyil, bütün müraciət edənlər arasında daha ədalətli bölüşdürmək məqsədi daşıyır. Konkret olaraq, vəsait məlumatların emalı və mühafizəsi, qaliblərin avtomatik seçilməsi və proqramın texniki infrastrukturunun saxlanılması ilə bağlı illik xərcləri qarşılayacaq.

330 ABŞ dolları məbləğində viza ərizəsinə baxılması üçün əsas rüsum dəyişməz olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru