Müstəqillik illərində yaşanan bir amal

Bu gün, 16:06           
Müstəqillik illərində yaşanan bir amal
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi
Müstəqilliyimizin bərpasının 34 ili tamam olur. Hər bir bayram tədbiri daim keçilən yolun təhlilini, dünənimizə və bugünümüzə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsini bir tələb kimi qarşıya qoyur.
44 günlük İkinci Qarabağ müharibəsi, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev «Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» söyləyərək bildirir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Tarix baxımdan çox da böyük olmayan 34 ilin ölkəmizə qazandırdığı uğurların miqyası geniş olmaqla yanaşı, qürurvericidir. Qeyd edək ki, Vətən müharibəsi müstəqilliyimizin bərpasının 29-cu ildönümünə təsadüf etmişdir. O zaman 27 sentyabrdan başlanan Qarabağ savaşının oktyabrın 18-dək dövründə tarix yazan Azərbaycan Ordusunun qələbələrini önə çəkərək «Zəfər sizinlədir, Azərbaycan əsgəri!» söyləyən dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli Bayrağımızın Şuşada dalğalanacağına əminlik ifadə olundu. Çünki Oələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksək idi. Hər gün Azərbaycanın tarixinə qələbə səhifəsi kimi yazıldı. Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara əsaslanır. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan etdi.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq bayram günlərində təbriklərimizin mahiyyəti, ifadə etdiyi arzular da dəyişib, yeniləşib. Hər zaman üçtərəngli Bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə qaldırılmasını arzu edir, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyimizi ifadə edirdik. Bu gün isə arzular başqadır. Torpaqlarımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində öz sahiblərinə qayıtdı, torpaq həsrətinə son qoyuldu. Bugünümüzün əsas hədəfi, arzusu, istəyi işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini tamamlamaq, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir.
Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz növbəti zəfərlərimizə yol açdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, ərazilərimiz separatçılardan təmizləndi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Qarabağımız və Şərqi Zəngəzurumuz sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayır. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi.

Türkan Cümşüdova – YAP üzvü














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru