Nazim Hikmətin babasl ingilis işçini necə dar ağacından asdı

9-07-2015, 21:54           

Türk şairi Nazim Hikmərin babası Mersində dövlət qulluğunda olarkən ( əyalət rəisi ), əsasən tütünçülüklə məşğul olunan bu bölgədə ingilis şirkətləri hegemonluq edirdi. Onların birinin müəssisəsində çalışan azyaşlı uşağın başına endirdiyi zərbə, ikincinin həyatına son qoydu. Məhmət Nazim paşa dərhal onu həbs edilib mühakimə edilməsinə göstəriş verir. Britanıya konsulu ingilisin dərhal azad edilməməsi təqdirində, limandakı hərbi gəmidən şəhəri bombarduman edəcəyi ilə hədələyir. Buna cavab olaraq Nazim paşa şəhərdə çalışan bütün ingilisləri girov götürür. Әlacsız qalan konsul İstambuldakı səfirlikləri vasitəsi ilə Osmanlı sultanına müraciət edir. Sultanın ingilisi azad etməyə məcbur olduğu rəsmi göstərişi Mersinə gəlib çatanda, cinayətkarın cəsədi artıq dar ağacında yellənırdi. Məhmət Nazim pasa fərmanın gec yetişdiyindən üzr istəsə də, yoxsul türk cocuğunun intiqamını almaqdan məmun qaldı.
Eldar Tağıyev

teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.