Baxçalı Türkeşə: “Nə üzlə görüşmək istəyir?”

30-08-2015, 12:29           
Baxçalı Türkeşə: “Nə üzlə görüşmək istəyir?”
HP lideri Dövlət Baxçalı Baş nazirin müavini Toğrul Türkeşin görüş təklifinə rədd cavab verib. Axar.az-ın məlumatına görə, Əhməd Davudoğlunun köməkçisi postunu qəbul etmiş MHP-nin Ankaradan millət vəkili Türkeş partiya tərəfindən linç edilir. Türkeş Baxçalının sözçüsünə zəng edərək hələ də MHP üzvü olduğunu xatırladıb, partiyadan getməyəcəyini söyləyib. MHP lideri isə mətbuat katibi vasitəsi ilə “görüşməli bir məsələ yoxdur, hansı üzlə görüşmək istəyir? Getsin Davudoğlunun təlimatlarını yerinə yetirsin” deyib. Qeyd edək ki, MHP lideri müvəqqəti hökumətdə partiyadan heç kəsin təmsil olunmayacağı haqda qərar vermişdi. - See more at: http://axar.az/news/63083#sthash.ngy44CqE.dpuf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.