Xətai DYP-nin rəisi Cavanşir Ələkbərov sürücülərdən 500 manatı necə alır - səs yazısı yayıldı

30-11-2018, 01:43           
Xətai DYP-nin rəisi Cavanşir Ələkbərov sürücülərdən 500 manatı necə alır - səs yazısı yayıldı
Son günlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bəzi əməkdaşları köhnə ənənəyə qayıdaraq haqq-nahaq cərimələr həyata keçirirlər. Sürücüləri cərimələmək üçün yeni modellər axtaran bu inspektorlara təbii ki, dəstəyi öz rəisləri verir. Daha doğrusu, rəislər inspektorları bu yollara əl atmağa vadar edir.

İki gündür Whatsapp şəbəkəsində insanlara maraqlı səs yazısı göndərilir. Səs yazısında sürücülərdən biri Xətai yol polisi rəisi polis polkovnik-leytenantı Cavanşir Ələkbərovun əməllərindən söhbət açır və sürücüləri diqqətli olmağa çağırır.

Sürücü açıq formada bildirir ki, Xətai yol polisi rəisi polis polkovnik-leytenantı Cavanşir Ələkbərov pul qazanmaq üçün yeni yola əl atıb ki, bu da sonucda “cərimələnmiş sürücü”lərin 300-500 manat ödəməsi ilə nəticələnir.

Yayılan səs yazısında qeyd olunur ki, Babək prospektinin əsaslı təmirindən sonra bu yolda “005” nömrə nişanlı qara rəngli Toyota Camery avtomobili peyda olub. Bu avtomobili idarə edən şəxs bilərəkdən yolun sol zolağı ilə saatda 20-30 km sürətlə hərəkət edir və diğər avtomobillərin ötmə hərəkətinə mane olur. Sürücülər məcbur olub ötmə hərəkətini sag zolaqda həyata keçirirlər.

Bir neçə dəqiqədən sonra arxadan gələn DYP-nin inspektorları sürücünü saxlayır və açıq şəkildə bildirir ki, “rəis avtomobilizinin saxlanması üçün göstəriş verib və avtomobil Xəmsə şadlıq sarayının yanındakı məşhur cərimə meydançasına” (açıq bazardı burda) aparılmalıdır.

And -aman etsən belə buna məhəl qoyulmur və avtomobil cərimə meydançasına aparılır. Bəlli olub ki, yolda hərəkət sürətini bilərəkdən aşağı salan və sürücüləri qayda pozmağa məcbur edən “005” nömrə nişanlı qara Toyota Camery avtomobili rəis Cavanşir Ələkəbova məxsusdur.

Səs yazısında qedy olunur ki, bu cərimə meydançasından avtomobili çıxartmaq üçün qiymət 500 manatdan başlayır. Ağlayıb-sızlasan 200-300 manata razılaşa bilərsən.

Səs yazısında daha bir maraqlı məsələ bu rəisin işini görən, onun adından danışan gözəgörünməz şəxsin kimliyidir. Qeyd olunur ki, bütün danışıqları Cavanşir Ələkbərovun bu gözəgörünməz adamı həyata keçirir. Böyük ehtimalla bu şəxs Ələkbərovun sürücüsüdür.

Səs yazısını paylaşan sürücü bildirir ki, Cavanşir Ələkbərovun bu əməllərinin nəticəsində hər gün onlarla sürücünün avtomobili cərmə meydançasına aparılır.

Məlumat üçün bildirək ki, yol polisi rəisi polis polkovnik-leytenantı Cavanşir Ələkbərovun adı indiyə kimi, müxtəlif hadisələrdə hallanıb. Hətta onu Qarabağ əlilini döyməkdə günahlandırırdılar. Amma nədənsə hələ də onun bu əməllərinə nə dur deyən var, nə də hüquqi qiymət verən.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimxeber.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.