İsmayıllı sürətlə irəliləməkdədir - ARAŞDIRMA
23-11-2015, 22:56
teref.az - 2015-ci ilin doqquz ayında dövründə rayon büdcəsinin gəlirlər hissəsi 15 milyon 640 min 883 manata qarşı 14 milyon 285 min 52 manat icra olunmuşdur. Büdcə gəlirləri 91 faiz və ya 1 milyon 355 min manat, 831 manat kəsrlə icra olunmuşdur. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərə ayrılan vəsait (dotasiya) 11 milyon 528 min 203 manat proqnoza qarşı 10 milyon 595 min 600 manat, yəni 92 faiz və ya 932 min 603 manat az icra olunmuşdur. Yerli mənbələrdən proqnoz üzrə 4 milyon 112 min 680 manata qarşı 3 milyon 689 min manat (90 faiz) vəsait daxil olmuşdur.
9 aylıq məxaric proqnozu 15 milyon 640 min 883 manata qarşı 13 milyon 521 min 936 manat, 86 faiz və ya 2 milyon 118 min 947 manat kəsrlə icra edilmişdir.
İsmayıllıda tikinti-quruculuq işləri III rübdə də davam etdirilmişdir. Yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Hal-hazırda şəhərinin Heydər Əliyev prospektində vaxtı ilə sahibkarlar tərəfindən primitiv şəklidə inşa olunan mağazaların əvəzinə küçənin digər hissəsində daha müasir binaların tıkintisi başa çatmaq üzrədir. Ərazidə diametri 1000 mm -lik beton borularla drenaj xətti qurulur. Tədbirlərin icrası ilə prospektə şəhərin tələblərinə uyğun görkəm veriləcəkdir.
Primitiv görkəmi ilə şəhərin ümumi mənzərəsinə xələl gətirən obyektlərin yenidən qurulması və bazar yaxınlığında nəqliyatın nizamsız hərəkətini sistemləşdirmək üçün ərazidə “Saat meydanı”nın inşası nəzərdə tutulur. Bu məqsədlə Rayon İcra Hakimiyyətində ictimaiyyətin iştirakı ilə “İsmayıllı şəhərinin arxitektura durumu, problemlər və vəzifələr” mövzusunda müzakirə keçirilmişdir. Tədbirdə iştirak edənlərə “Saat meydanı”nın layihəsi təqdim olunmuşdur. Layihə Cavanşir, M.Ə.Rəsulzadə və Şirvanşahlar küçələrinin əhatəsində icra olunacaq. Meydanın ərazisi 0,17 ha olmaqla mərkəzi hissəsində 8 metr hündürülükdə metal saat qüllənin inşası nəzərdə tutulmuşdur. Meydanda əhalinin istirahətini təmin etmək üçün oturacaqların quraşdırılması, yaşıl örtüyün salınması, dekorativ gül və ağac kollarının əkilməsi planlaşdırılır. Bazar ətrafında primitiv tikililərdə fəaliyyət göstərən sənətkarlar üçün, yeni sənətkarlıq bazarının yaradılması, meydanın ətrafında olan bütün obyektlərin yeni müasir fasad üzlükləri ilə üzlənməsi nəzərdə tutulmuşdur.
Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq bir sıra layihələrin 2015-ci ildə icrası davam etdirilmişdir. Diyallı kəndi ərazisində Velosiped zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, İsmayıllı şəhərində “Yaşıl market”in və Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı Rayon Şöbəsinin inzibati binasının, Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”-nin, M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilmişdir. 2015-ci ildə dövlət vəsaiti və digər mənbələr hesabına sosial-infrastruktur layihələri icra edilir. Şəhərin Təbriz küçəsində 5 qrupluq uşaq bağçasının yenidən qurulması davam etdirilir, 3 saylı məktəb-liseyin yenidən qurulması isə başa çatmışdır.
Rayonda sənayenin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə yaxın vaxtlarda Velosiped zavodunun yaxınlığlnda, dövlət mülkiyyətində olan sahədə “Sənaye mərkəzi”nin yaradılması nəzərdə tutulmuşdur. İmkanlar nəzərdən keçirilir, sahibkarlar, iş adamları ilə müvafiq söhbətlər aparılır. Təşəbbüsün dəstəklənməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunmuşdur. 5 hektardan ibarət ərazinin sxemi və infrastrukturun mövcudluğu, həmçinin burada yaradllması nəzərdə tutulan obyektlər barədə ilkin məlumatlar nazirliyə təqdim olunmuşdur. Qeyd etməliyəm ki, hələlik iş adamları tərəfindən təşəbbüskarlıq zəifdir. Yeni təkliflərlə müraciət edənlər çox azdır. Hesab edirəm ki, bu da sənaye məhəllələrinin mahiyyəti barədə iş adamlarının kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Bu sahəyə xüsusi diqqət yetirilməlidir. Rayon ərazisində yeni iş yerlərinin yaradılması ilə bağlı sahibkarlarla müntəzəm iş aparılır. Yeni layihələrin gerçəkləşməsi üçün təkliflər verilir. Bunun nəticəsidir ki, son 2 ildə rayon ərazisində işsizliyin aradan qaldırılması məqsədilə 2013-cü ildə istifadəyə verilmiş İsmayıllı tikiş fabrikinin istehsal gücü artırılmış, əhatəsi bir neçə kənd də daxil olmaqla genişləndirilmişdir. İcra edilən layihələrin hər biri işsizliyin aradan qaldırılmasına yönəlmişdir.
Rayon ərazisində son dövrdə 3 bağça binası inşa edilmişdir. Hazırda İsmayıllı şəhərin Cavanşir küçəsində yenidən qurulan bağça binasında və Xəlilli kəndində tikinti işləri davam etdirilir.
Bu il İsmayıllı şəhərinin 13 küçəsinə, 3 yaşayış məhəlləsinə asfalt beton örtük vurulmuşdur. Müvafiq dövr ərzində kənd yollarının təmiri üçün İsmayıllı 10 saylı Yol İstismar İdarəsi tərəfindən 930 min manat vəsait xərclənmişdir. Təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı –Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılmışdır. Cülyan avtomobil yolu təmir olunaraq yolun 1.8 km hissəsinə yeni asfalt-beton örtük vurulmuşdur. Yerli əhəmiyyətli avtomobil yollarında Basqal-Sulut, Kürdüvan-Mücü, Sumağallı-Qalacıq, Tircan-Sərdəhar avtomobil yolunda cari təmir işləri aparılmışdır.
Vətəndaşların müraciətləri əsasında 158 yeni yaşayış evinin tikintisinə razılıq sənədi verilmişdir.
P.S. Bütün bunlar
teref.az İsmayıllı