Trend uğrunda qadınların başlarına gələnlər: "Bədənlərini A4 kağızla ölçürlər"

29-06-2025, 11:18           
Trend uğrunda qadınların başlarına gələnlər:
Son 20 ilin tendensiyası göstərir ki, qadınlar jurnalların üzqabıqlarındakı obrazlara məxsus bədən quruluşuna sahib olmaq istəyirlər.

Trend bunu tələb edir, yoxsa tələb trendi yaradır, bir qədər mübahisəli məsələdir, amma nəticə odur ki, qadınlar artıq çəkidən azad olmağa sağlamlıq üçün yox, dəblə ayaqlaşmaq üçün can atırlar.

Baku TV paytaxt sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib.

Vətəndaşlar cəmiyyətdə artıq çəki ilə bağlı deyilən sözlərin qadınların özlərini bəyənməməsinə səbəb olduğunu bildiriblər.

Elə bu yaxınlarda türkiyəli fenomen Nihal Candanın başına gələnlər cəmiyyətə ciddi mesaj ötürüb. Anoreksiyadan ölən fenomenin taleyi əslində qeyri-sağlam yolla arıqlamağa can atanları bir daha düşünməyə vadar etməlidir.

Psixoloq Aygül Məlikova açıqlamasında bildirib ki, qadınların həddindən artıq çəki itirməsinə yaşadıqları travmalar ciddi təsir göstərir:

"Ətrafındakı insanların qadına "köksən" deməsi ona mənfi təsir edir. Yemək onu xoşbəxt etməməyə başlayır. Yeməyi çeynəyir, amma udmur. Bir müddət sonra çəkisini artıran bütün yeməklərdən imtina edir".

Sosial şəbəkələrdə son vaxtlar "A4 beli" trendi də yaranıb. Belə ki, xanımlar bellərini A4 formatında kağızla (210x297 mm) ölçürlər. Əgər bədən kağızın kənarlarından görünürsə, arıqlamaq şərtdir.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru