Putin Kadırovun oğlu ilə görüşdü - TOY TƏBRİKİ

29-06-2025, 11:54           
Putin Kadırovun oğlu ilə görüşdü - TOY TƏBRİKİ
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin oğlu, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adəm Kadırovla qeyri-rəsmi görüş keçirib.


Bu barədə Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, görüş Moskvada baş tutub. 

Putin qeyd edib ki, Kadırov gənc yaşına baxmayaraq, güclü xarakterə və xalqına sədaqətə malik, məsuliyyətli və nizam-intizamlı lider olduğunu sübut edib.

Prezident həmçinin Adəmi qarşıdan gələn toyu münasibətilə təbrik edib, ailə həyatında xoşbəxtlik arzulayıb.

İyunun 27-də azyaşlı Adəm Kadırovun ailə qurmağa hazırlaşdığı məlum olub. Mərasim onun valideynlərinin evində baş tutacaq. Gəlinin adı Mednidir, o, Kadırovlar ailəsi ilə eyni kənddəndir. Digər təfərrüatlar açıqlanmır.
SAVASHMEDİA.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru